Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd məktəb direktoru işdən qovuldu - Rəsmi

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib.

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

Həmçinin, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramov Emin Knyaz oğlu, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Qəmbərov Lətif İsbəndiyar oğlu işdən azad edilib.

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Heybətov Firdovsi Əlihüseyn oğluna, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Nəzərov Bəylər Möhtəbər oğluna və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Məmmədova Lətafət Aşir qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.

Həmçinin, Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hüseynova Mirxanım Mirhəbib qızı və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nəzərov Elman Eldar oğlu tutduqları vəzifədən azad edilib.

Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar