Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir qrup müharibə əlili yüksək texnologiyalı protezlərlə təmin edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxs yüksək texnologiyalı protezlərlə təmin edilib...

Bu barədə PİA.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlarla yanaşı, hər iki qolunu itirmiş, əlilliyi olan bir nəfər şəxsin də son nəsil protezlə təminatı həyata keçirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb.

Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Bu müasir protezlərdən “ÖSSUR” şirkətinin istehsalı olan yuxarı ətraf protezləri xüsusi proqram təminatına mlikdir və istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır.

Habelə “Genium” tipli yüksək texnologiyalı aşağı ətraf protezləri aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Fotolar

pia.az


Etiket: ƏƏSMN əlil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Qisas” antiterror əməliyyatından iki il ötür

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar