Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 13 ailə Laçında məskunlaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir...

Avqustun 29-da Laçına növbəti köç prosessi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elinə qovuşmağın sevincini yaşayıb.

Poliqon xəbər verir ki, Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 laçınlının yurd həsrəti sona çatıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.

Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Poliqon.info


Etiket: 13 ailə Laçın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay