Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörəyin qiyməti qalxdı... - Hökumətin bu qədər qeyri-ənənəvi qərarlar verməsinin səbəbləri nədir?

Əgər hökumət vətəndaşının heç bir sosial yükünü daşımaq istəmirsə, bu Azərbaycanda qeyri-rəsmi olaraq mövcud olan vəhşi kapitalizmin rəsmiləşməsi anlamına gəlirmi?..

İqtisadçı-ekspert: “Son zamanlar hökumətin atdığı addımlardan belə məlum olur ki, büdcə üzərində olan əlavə yüklərin azaldılmasını qarşıya məqsəd qoyub və dotasiyaların ləğvi tək un istehsalçılarına yox, digər sahələri də əhatə edəcək”.

“Paralel olaraq ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini də nəzərə almaq və əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasına ehtiyac var idi. İndiki dövrdə görünən odur ki, bu addımlardan vaz keçilib”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın iri un və çörək istehsalçılarının dünən yayadığı müraciəti PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın iri un və çörək istehsalçılarıın dünən yayılan müraciətində bildirilir ki, "Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb". Müraciətdə o da qeyd olunur ki, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Bu müraciətin yayılması hər şeydən əvvəl ondan xəbər verir ki, hökümət 2022-ci ildə un istehsalçılarına subsidiyalar ödəməyəcək və bu da əslində çörəyin qiymətinin sərbəst buraxılması anlamına gəlir.

Hökumətin bu qədər qeyri-ənənəvi və qeyri-populyar qərarlar verməsinin səbəblərini nəylə izah etmək olar? Əgər hökumət vətəndaşının heç bir sosial yükünü daşımaq istəmirsə, bu Azərbaycanda qeyri-rəsmi olaraq mövcud olan vəhşi kapitalizmin rəsmiləşməsi anlamına gəlirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “İlk növbədə xərclər azaldılmalıdır ki, nəticə etibarilə də rentabelli iqtisadi model qurmaq mümkün olsun. Azərbaycan hökumətinin yanaşmasında ən böyük çatışmamazlıq da məhz bu məsələdir”.

Dövlət şirkətlərinin əsas probleminin dotasiyadan ayrılmaq olmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, dövlət şirkətlərinin əsas problemi qeyri-şəffaf idarə edilmələridir:

“Əslində Nazirlər Kabinetinin un istehsalçılarına verdiyi subsidiyalar sentyabrın 1-i bitmişdi. Amma sentyabrda qərar alındı və yanvar ayının 1-ə qədər bu subsidiyalar uzadıldı. Un istehsalçılarına verilən subsidiyalar ümumilikdə ölkə büdcəsinə təqribən 100-120 milyon manat civarında yük gətirirdi.

Son zamanlar hökumətin atdığı addımlardan belə məlum olur ki, büdcə üzərində olan əlavə yüklərin azaldılmasını qarşıya məqsəd qoyub və dotasiyaların ləğvi tək un istehsalçılarına yox, digər sahələri də əhatə edəcək. Məsələn dövlət şirkətlərinə də dotasiyaların ləğvi onu göstərir ki, bu yolda müəyyən addımlar atılır. Sadəcə bununla paralel olaraq ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini də nəzərə almaq və əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasına ehtiyac var idi. İndiki dövrdə görünən odur ki, bu addımlardan vaz keçilib.

Dotasiyaların ləğvi kommunal xidmətlərdə, nəqliyyatda və başqa sahələrdə öz təsirini göstərməyə başlayacaq. Keçən il biz bunun nəticəsini kommunal xidmətlərdə qiymət artımı ilə gördük. Yəqin ki , yaxın gələcəkdə nəqliyyatla bağlı da belə bir qərar veriləcək. Nəqliyyatda da qiymət artımının olması ehtimalı kifayət qədər yüksəkdir. Yəni hökumət tərəfindən atılan bu addımların əsas fəlsəfəsi odur ki, dotasiyalar yığışdırılsın və normal iqtisadi qaydalara görə dövlət şirkətləri də fəaliyyət göstərsinlər.

Natiq Cəfərli: “Azərbaycanda kapitalizm sistemi də mövcud deyil. Azərbaycanda dövlət iqtisadi modeli mövcuddur, ancaq bu modelin əsas problemi məmurların biznesə çoxlu sayda müdaxiləsidir”.

Dövlət şirkətlərinin isə əsas problemi dotasiyadan ayrılmaq deyil. Dövlət şirkətlərinin əsas problemi qeyri-şəffaf idarə edilmələridir. Hansısa bir şirkətin rentabeli olmaması, yaxud da rentabelliyinin aşağı olması ilk növbədə xərc maddələrinə yenidən baxılmasını tələb edir. Yəni ilk növbədə xərclər azaldılmalıdır ki, nəticə etibarilə də rentabelli iqtisadi model qurmaq mümkün olsun. Azərbaycan hökumətinin yanaşmasında ən böyük çatışmamazlıq da məhz bu məsələdir.

Əslində hökumət tərəfindən baxanda onlar qeyd edirlər ki, bu il üçün sosial müavinatları, təqaüdləri, minumum əmək haqlarını artırıblar. Yəni hökumətin yanaşmasında dəyişiklik ondan ibarətdir ki, qiymətlərə datasiya tətbiq etməkdənsə, vətəndaşların daha çox vəsait almasına çalışırlar. Amma bu yolda daha ciddi addımlar atılmalıdır.

Azərbaycanda bu mənada kapitalizm sistemi də mövcud deyil. Azərbaycanda dövlət iqtisadi modeli mövcuddur, ancaq bu modelin əsas problemi məmurların biznesə çoxlu sayda müdaxiləsidir. Bunlar yığışdırılsa, iqtisadiyyatın özündə rəqabət mühiti yaradılsa, bu zaman qiymətlərin də tənzimlənməsində iqtisadi alətlər önə çıxa bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar