Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinə casusluqda ittiham olunan Britaniya parlamentinin əməkdaşı günahını rədd edir

Çinin xeyrinə casusluqda ittiham olunan Britaniya parlamentinin məmuru günahsız olduğunu bəyan edib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bu barədə onun vəkillərinin yaydığı bəyanatda bildirilir.

Sentyabrın 10-da The Sunday Times və The Guardian qəzetləri Britaniya parlamentinin iki əməkdaşının mart ayında “Rəsmi sirlər haqqında” qanuna əsasən həbs edildiyini bildiriblər. KİV-in məlumatına görə, onlar daha sonra oktyabr ayına qədər zaminə buraxılıblar.

“Mən özümü “Çin casusu” kimi media ittihamlarına cavab verməyə məcbur hiss edirəm. Yalan məlumatı ictimaiyyət qarşısında şərh etməyim düzgün deyil”, deyə təqsirləndirilən şəxslərdən biri açıqlamasında bildirib.

Məktubda onun adı açıqlanmır. Adı da məlum olmayan ikinci təqsirləndirilən şəxs məlumatı şərh etməyib.

Çinin Böyük Britaniyadakı səfirliyi Çin kəşfiyyatının ölkə parlamentinin üzvlərinin köməyilə məlumat toplanması ilə bağlı iddiaların uydurma olduğunu bildirib. Diplomatik missiya casusluqla bağlı məlumatı “zərərli böhtan” adlandırıb.

KİV-in məlumatına görə, həmin şəxslərdən biri Edinburqda, ikincisi isə Oksfordşirdə terrorla mübarizə polis bölmələri tərəfindən saxlanılıb. Təqsirləndirilənlərdən biri məxfi məlumatlara çıxışı olanlar da daxil olmaqla, Mühafizəkarlar Partiyasının yüksək vəzifəli deputatları ilə əlaqələri olan 20 yaşlı məmurdur. İkinci müttəhim təxminən 30 yaşlıdır və deputat köməkçisi işləyib.

Poliqon.info


Etiket: Çin Britaniya Casus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay