Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin və ABŞ müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

Çinin müdafiə naziri Dun Tsun Pentaqon rəhbəri Lloyd Ostinlə videokonfrans danışıqları aparıb...

Poliqon xəbər verir ki, Çin hərbi idarəsinin məlumatına görə, tərəflər ikitərəfli əlaqələr, hərbi sahədə əməkdaşlıq və Tayvan məsələsini müzakirə ediblər. Bu, Çin və ABŞ hərbi idarələrinin rəhbərləri arasında 2022-ci ildən bəri ilk söhbətdir.

“Birləşmiş Ştatlar Çinin qəti mövqeyini tanımalı, Çinin ərazi suverenliyinə, eləcə də Cənubi Çin dənizindəki hüquqlarına və maraqlarına səmimi şəkildə hörmət etməli, regional sülhü və iki ölkə ilə iki ordu arasında münasibətlərin sabitliyini qorumaq üçün əməli addımlar atmalıdır”, deyə Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Çinin müdafiə naziri həmçinin vurğulayıb ki, Çin və ABŞ hərbçiləri ölkələr arasında münasibətləri sabitləşdirmək və təhlükəsizlik zəmanətlərinə nail olmaq üçün təmas qurmaq və “açıq və praqmatik əməkdaşlıq” təmin etmək üçün bir yol tapmalıdırlar.

Lloyd Ostin, öz növbəsində, ABŞ-ın vahid Çin prinsipinə sadiq olduğunu vurğulayı, bölgədə beynəlxalq hüquqa hörmət edilməsinin zəruriliyini və Şimali Kboreyanın təxribatı ilə bağlı narahatlıqları müzakirə edib. Pentaqonun məlumatına görə, tərəflər Ukraynadakı münaqişə ilə bağlı da fikir mübadiləsi aparıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar