Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbərini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Dulini qəbul edib...

XİN-dən verilən xəbərə görə, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, ErmənistanAzərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Post-münaqişə dövründə məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün aparılan işlər barədə məlumat verilib.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay