Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Avropa ölkələrinin səfirləri ilə Ermənistanla sülh və normallaşma prosesini müzakirə edib

20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb...

Görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son anti-terror tədbirlərindən sonra regional vəziyyət, habelə AzərbaycanErmənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin 10 noyabr Üçtərəfli Bəyatının imzalamasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin təhlükəsizliyi, habelə dil və mədəni hüquqlarına zəmanət veriləcəyinin bildirildiyi, bu məqsədlə reinteqrasiya portalında qeydiyyat həyata keçirildiyi bildirilib.

Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin Azərbaycandakı ofisinin əlaqələndirilməsi ilə Cenevrə və Nyu-York bölmələrinin nümayəndələrinin də daxil olduğu iki missiyanın Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.

Nazir Ceyhun Bayramov AzərbaycanErmənistanın öz müstəqilliklərini bərpa etməsindən bəri regionda sülh üçün unikal tarixi imkanın yarandığını bildirib.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Ən çox oxunanalar