Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

7 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib...

XİN-dən Poliqon-a bildirilib ki, görüşdə, AzərbaycanErmənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb. Ölkəmizin AzərbaycanErmənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.

Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunmasının vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərdiyi bildirilib.

Xüsusilə, Ermənistan tərəfindən ölkəmizə qarşı siyasi və hərbi təxribatların artdığı bir şəraitdə bu kimi addımların beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək

Ən çox oxunanalar