Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 12, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100 faizini təşkil edir.

Departamentdən bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 75 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 41 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində artaraq 408, Şirvan məntəqəsində 2 santimetr azalaraq 215, Salyanda 8 santimetr artaraq 178, Bankə məntəqəsində 1 santimetr artaraq 172, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr artaraq 110 santimetr təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar