Şənbə, 02 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür 

Bu gün Azərbaycanın muğam ifaçıları arasında öz dəst-xəti ilə tanınan sənətkar, Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür. Xanəndənin anadan olmasının 73-cü ildönümü tamam olur...

.

Sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Görkəmli xanəndə Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünün sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır.

Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanla yanaşı dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlər edib.

Ömrünü Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını dünyaya tanıtmağa həsr edən xanəndəmiz musiqiləri böyük şövqlə, əsl ustalıqla ifa edib. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb.

Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səbail Rayon Məhkəməsi vətəndaşlara qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxsləri hansı səbəbdən ev dustaqlığına buraxır?

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: “Ailəmi öldürdüm, çünki...”    

Hökumətin qarşısında mühüm vəzifə - Bir milyon insanın qulağı səsdə

Evini satıb ehsan verib, kirayədə qalan Hacı Şahinin ailəsindən reportaj - Video

“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı

Bakıda Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə iclaslar keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - Yenilənib

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - Yenilənib   

“Akıncı” hücum PUA-sından uğurla sınaq: Hədəfi tam dəqiqliklə vurdu - Foto, Video

Hakan Fidan “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Keçmiş məcburi köçkünlərə “çörək pulu”nun verilişi dayandırılıb? - Rəsmi açıqlama

Ən çox oxunanalar