Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gecə Rusiya Ukraynanın dinc şəhərlərini yenidən atəşə tutub...

Rusiya martın əvvəlindən bəri ilk dəfə olaraq Ukraynanın cəbhədən uzaq şəhərlərinə raket zərbəsi endirib. Raketlər iki evə düşüb...

Poliqon xəbər verir ki, cümə günü gecə saatlarında Rusiya Ukraynanın cəbhədən uzaq şəhərlərinə zərbələr endirib, nəticədə Çerkas vilayətinin Uman şəhərində çoxmərtəbəli binaya və Dneprdə şəxsi evə raketlər düşüb. Verilən məlumata görə bu, Rusiyanın Bryansk vilayətindəki təxribata cavabdır. Qeyd edilir ki, bu, martın 9-dan bəri Rusiya Ukraynanın dinc şəhərlərini atəşə tutmamışdı.

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Ukrayna şəhərlərinə 23 “X-101” və “X-555” raketlərinin atıldığını, onlardan 21-inin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Bundan əlavə, Kiyevin məlumatına görə, İran dronları da Ukrayna ərazisinə buraxılıb.

Vurulmayan raketlərdən biri Umanda yaşayış binasına düşüb, Daxili İşlər Nazirliyi 4 nəfərin öldüyünü, daha 17 nəfərin yaralandığını bildirib. Dneprdə şəxsi evə düşən raket nəticəsində isə 31 yaşlı qadın və iki yaşlı qız həlak olub. Yerli administrasiyanın məlumatına görə, üç nəfər yaralanıb. Zərbədən sonra yanğın başlayan tikinti bazasında daha bir qadın yaralanıb.

Bundan başqa, Kiyev vilayətinin Ukrainka şəhərində vurulan raketin parçaları hündürmərtəbəli binaya düşüb, biri uşaq olmaqla iki nəfər yaralanıb. Kiyevin Obolonski rayonunda yerli elektrik xətti və yol örtüyü zədələnib, administrasiya rəhbəri bildirib.

Qeyd edək ki, Rusiya oktyabrın ortalarından bəri Ukraynanın cəbhədən uzaqda yerləşən enerji infrastrukturuna müntəzəm olaraq raket zərbələri endirir. Təhlilçilər və hüquq müdafiəçiləri bildiriblər ki, kritik infrastrukturu atəşə tutmağa başlayan Moskva bu zərbələrin əsas təsirinin qışda olacağını gözləyirdi. Müşahidəçilər ukraynalıların mənəviyyatını sarsıtmağı və Kiyevi danışıqlara sövq etməyi atəşə tutulmaq üçün ehtimal hədəflər adlandırıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay