Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüssel görüşü öncəsi Ermənistanda revanşistlərin Qazax “tamaşa”sı...

Müxalifət rməniləri qəzəbləndirmək üçün əsassız məlumatları dövriyyəyə buraxır...

Politoloq: “Qeqam Nazaryanın dediyi kimi Qazağın kəndləri Azərbaycana qaytarılsaydı, Azərbaycan tərəfi bununla bağlı açıqlama verərdi. Hələ ki, bununla bağlı məlumat yoxdur”.

“10 noyabr sənədində Qazağın 7 kəndinin və Naxçıvanın bir kəndinin Azərbaycana qaytarılması göstərilmişdi. Sonradan Rusiya həmin maddəni sənəddən çıxardı. Amma sərhədlərin delimitasiya və demarkasiyasi zamanı Azərbaycana məxsus olan ərazilər məcburi da olsa, Azərbaycana qaytarılmalıdır”.

Bu sözləri politoloq Samir Hümbətov erməni deputat Qeqam Nazaryanın Qazax rayonunun kəndinin Azərbaycana qaytarılması paylaşımının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rəsmi Bakı ayın sonunda Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə AzərbaycanErmənistan liderlərinin görüşəcəyini təsdiq edib. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, bu görüşdə AzərbaycanErmənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid edirlər.

Ermənistanda isə parlamentin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib. Bu isə Ermənistanda heç də bir mənalı qarşılanmayıb. Ermənistan höküməti bu xəbərin əsassız olduğunu bildirsə də revanşist müxalifət bu yolla erməniləri qızışdırmağa və Paşinyan hökümətinə qəzəb formalaşdırmağa çalışırlar.

Brüssel görüşü öncəsi Ermənistanda revanşistlərin növbəti “tamaşa” hazırlığı nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Hesab edirəm ki, AzərbaycanRusiya prezidentləri sənədin birinci variantını, yəni Qazağın 7 kəndinin və Naxçıvanın bir kəndinin Azərbaycana qaytarılması maddəsi olan variantı imzalayıblar”.

Hər nə olur olsun, Azərbaycanın istəyində qətiyyətli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Ermənistan müxalifətinin belə tamaşalarında asılı olmayaraq proseslər öz axarı ilə gedəcək:

“Artıq tərəflər arasında razılıq olub ki, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə 4-cü görüş keçirilsin. Görüş öncəsi Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə üzərindən belə bir paylaşım etməsinin bir neçə səbəbi var.

Ermənistan yaxşı başa düşür ki, artıq üç görüşdə müəyyən bir razılıq əldə edilib. Bir neçə gün öncə Laçın şəhəri və ətrafındakı Zabux və Sus kəndləri Azərbaycanın nəzaərtinə keçib. Bu da ondan xəbər verir ki, Azərbaycan öz istəyini mərhələ-mərhələ həyata keçirir. Yəni Azərbaycan məsələnin mərhələli şəkildə həll variantına üstünlük verir. Artıq Qarabağın böyük hissəsi erməni silahlılarından təmizlənib. Bu proses bundan sonra ardıcıl şəkildə də davam edəcək.

Ermənistanın qorxur ki, tək Qarabağ ərazisi deyil, Qazağın 7 kəndi və eyni zamanda Naxçıvanın bir kəndinin Azərbaycana qaytarılması prosesi başlaya bilər. Bu proses erməni əhalisi arasında böyük xəyal qırıqlığı yarada bilər. Buna görə də müxalifət yönümlü deputatlar bu cür açıqlamalar verirlər. Məsələ burasındadır ki, Qeqam Nazaryanın dediyi kimi Qazağın kəndləri Azərbaycana qaytarılsaydı, Azərbaycan tərəfi bununla bağlı açıqlama verərdi. Hələ ki, bununla bağlı məlumat yoxdur.

Samir Hümbətov: “Artıq Ermənistan rəhbərliyi də yavaş-yavaş “Zəngəzur dəhlizi” ilə bağlı razılığa gəlmək istəyir. Bunu da Ermənistan müxalifəti istəmir”.

Ermənistan başa düşür ki, onsuz da Azərbaycan həmin əraziləri alacaq. 10 noyabr sənədində Qazağın 7 kəndinin və Naxçıvanın bir kəndinin Azərbaycana qaytarılması göstərilmişdi. Sonradan Rusiya həmin maddəni sənəddən çıxardı. Amma sərhədlərin delimitasiya və demarkasiyasi zamanı Azərbaycana məxsus olan ərazilər məcburi da olsa, Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, AzərbaycanRusiya prezidentləri sənədin birinci variantını, yəni Qazağın 7 kəndinin və Naxçıvanın bir kəndinin Azərbaycana qaytarılması maddəsi olan variantı imzalayıblar. Ola bilsin ki, Paşinyanın hakimiyyətini itirmək problemi olduğuna görə Rusiya həmin maddənin çıxarılmasını məqbul hesab edib. Çünki həmin dönəmdə Paşinyanın hakimiyyətini itirməsi Ermənistanda böyük xaos yarada bilərdi ki, bu da Rusiyanın maraqlarını təmin etmirdi. Ona görə də düşünürəm ki, həmin kəndlər gec-tez Azərbaycana qaytarılacaq.

Digər tərəfdən Ermənistanı ciddi narahat edən məsələ Azərbaycanın “Zəngəzur dəhlizi” məsələsidir. Çünki Azərbaycan bu məsələdə çox inad edir və bir addım da geri addım atmır. Bu da o deməkdir ki, artıq Ermənistan rəhbərliyi də yavaş-yavaş “Zəngəzur dəhlizi” ilə bağlı razılığa gəlmək istəyir. Bunu da Ermənistan müxalifəti istəmir. Buna görə də görüş öncəsi belə “tamaşa”lar qururlar ki, bölgəyə marağı olan dünya ölkələrinin maraqlarını cəlb etsinlər. Ən əsası isə Paşinyanı qorxutsunlar. Yəni bu “tamaşa”lardan həm də Paşinyana təzyiq elementi kimi istifadə etməyə çalışırlar.

Amma hər nə olur olsun, Azərbaycan istəyində qətiyyətlidir. Düşünürəm ki, Ermənistan müxalifətinin belə “tamaşa”larından asılı olmayaraq proseslər öz axarı ilə gedəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar