Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı polkovnik: Qərb Rusiyadan gələn təhlükəyə inanmır

Qərb ölkələrinin liderləri Rusiyadan gələn təhlükəyə inanmırlar, əgər Qərbdə belə qorxular olsaydı, ABŞ və Avropa İttifaqı Kiyevi Ukraynaya lazım olan böyük miqdarda silahla təmin edərdilər...

Poliqon xəbər verir ki, bunu Britaniyanın istefada olan polkovniki Riçard Kemp "Telegraph" qəzetinin saytında dərc olunmuş məqaləsində deyib.

"Qərbə demək kifayət deyil ki, ukraynalılar təkcə öz ölkələri üçün deyil, Putin bu müharibədə uğur qazanarsa, özü də Moskvanın təhlükəsi altında qalacaq bütün Avropa üçün vuruşur. Bu, şübhəsiz ki, doğrudur, lakin ABŞ prezidenti Co Baydenin və ya Qərbi Avropa liderlərinin buna həqiqətən inandığına dair heç bir işarə yoxdur. Əgər onlar buna inansaydılar, Putini dayandırmaq və Ukraynanı Rusiyanı məğlub etmək üçün lazım olan böyük miqdarda silahla təmin etmək üçün çoxdan mümkün olan hər şeyi edərdilər", deyə polkovnik bidlirib.

Bundan əlavə, Kempin sözlərinə görə, Volodimir Zelenski ağırlıq mərkəzinin (döyüş-red.) Krıma və Qara dənizə keçəcəyi ehtimalından başqa heç bir real strategiya irəli sürməyib.

Eyni zamanda, istefada olan polkovnik etiraf edir ki, Zelenski demək olar iki illik müharibədən tükənib və indi o, təşəbbüsü bərpa etməyə diqqət etməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ən çox oxunanalar