Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BQXK nümayəndələri və hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - Foto

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər

S.Bənənyarlı “Report”a açıqlamasında bildirib ki, başçəkmə çərçivəsində M.Hüseynovla bir saatdan çox söhbət ediblər.

O deyib ki, söhbət zamanı bloqqerin saxlanma şəraiti və hansısa şikayətinin olub-olmaması araşdırılıb: “Onun hazırkı durumu kifayət qədər normaldır. Mehman Hüseynov sulu qida qəbul etməyə başlayıb. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Yeganə şikayəti ona ikinci cinayət işinin açılması ilə bağlıdır. Bunu da özünün hüquqlarının pozulması kimi qiymətləndirir və etiraz edir. Bu etirazı və bütün dediklərini yazıb lazımi addımlar atacağıq”.

S.Bənənyarlı əlavə edib ki, M.Hüseynovun səhhəti normaldır və bütün günü həkim nəzarətindədir: “Atası bu gün də, hətta bundan əvvəl də oğlu ilə görüşüb, eləcə də hər görüşdə yemək də aparıb. Onun səhhətinin pis olması ilə bağlı heç bir şey görmədik. Məndə olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üzvləri də Mehmanla görüşüb”.

Hüquq müdafiəçisi qeyd edib ki, M.Hüseynovla bağlı həm Prezident İlham Əliyevə, həm də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin adından Baş Prokurorluğa müraciət ünvanlanacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Aeroport yolunda 6 avtomobil toqquşdu: xəsarət alanlar var - Foto

Ən çox oxunanalar