Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir neçə ictimai iaşə müəssisəsi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib...

AQTA-dan  verilən məlumata görə, monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, “Dostluq” firmasına məxsus Ağstafa rayon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd, qatıq, pendir və s.) sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb.

Reyd zamanı “Şahquluoğlu” ASC-yə məxsus “Nəsiboğlu”, fiziki şəxs Novruzov Niyazi Fərhad oğluna məxsus “Göyçə” və fiziki şəxs Babayev Hafiz Mübariz oğluna məxsus “Dostlar” kafelərində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Həmin obyektlərin mətbəx sahələri və müştəri qəbulu zallarının ümumi sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də xüsusi gigiyenik geyimlərdən (maska, əlcək, gigiyenik baş geyimi, xalat) istifadə etmədikləri aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

pia.az


Etiket: AQTA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar