Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir dəfə xəyanət edən yenidən edəcək - Psixoloq xəyanət haqqında…

Xəyanət, həyat yoldaşlarından biri ilə digər şəxs arasında evlilik xaricində baş verən fiziki və ya romantik bir əlaqədir…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bunu psixoterapevt Marti Klein ər-arvad xəyanətini şərh edərkən deyib.

“Xəyanət, tərəfdaşlar arasında inam və sədaqətin pozulmasıdır. Xəyanət insanların psixoterapevtə müraciət etmələrinin əsas səbəblərindən biridir. Əksəriyyət bu hadisənin hamı üçün eyni motivlərə sahib olduğuna əmindir”, deyə psixoterapevt bildirib.

Marti Klein hesab edir ki, xəyanət haqqında çoxlu miflər mövcuddur ki, bu da problemin daha geniş baxılmasına imkan vermir.

Ayıq-sayıq partnyor xəyanətin qarşısını ala bilər. Bu əsas miflərdən biridir. Tərəfdaşınız sizi aldadacaqmı? Əgər bir münasibətdən zövq alırsınızsa, ikiniz hər şeyi danışa, müzakirə edə bilərsinizsə, fiziki əlaqə də yaxşıdırsa, onda xəyanət etmək üçün heç bir səbəb yoxdur.

Ancaq Marti Klein əmindir ki, bu, sadiqliyin təminatı deyil. Bəziləri həmçinin yoldaşlarının mobil telefonlarını - mesajlaşmalarını, geolokasiya məlumatlarını, e-poçtlarını və telefon zənglərini oxuyur. Hətta şərtlər də qoyurlar. Ən pis halda özəl bir detektiv tuturlar. Ancaq bütün bunlar işə yaramır. Burada sadə bir həqiqət var: əgər bir insan aldatmaq istəyirsə, o bunu edəcək.

Yuxarıda qeyd olunanları istifadə edərək xəyanətin qarşısını ala biləcəyinizi düşünün və özünüzə bu sualı verin: yaşamaq istədiyiniz həyat budurmu?

Xəyanət həmişə fiziki yaxınlıqla əlaqələndirilir

“Bir çox qadın və kişi əmindir ki, bir tərəfdaş onları aldatdısa, bu, mütləq fiziki yaxınlıq istəyi ilə əlaqədardır. Həyat yoldaşlarından biri xəyanət edildiyini biləndə, digər şəxsin daha gənc və ya daha cəlbedici biri olduğunu xəyal edirlər. Sonra “başqa qadın” və ya “başqa kişi” təsəvvür etdikləri kimi olmadıqda təəccüblənirlər. Daim, qıraqda başlayan romanın əsas səbəbi, dinlədiyiniz, vacib olduğunuz, qiymətləndirildiyiniz hissidir”, deyə psixoloq qeyd edib.

Bəzi insanlar intim münasibətlərdən asılıdırlar

“Əslində onların sayı çox deyil. Fiziki yaxınlıq naminə daim aldadanların bəziləri diaqnoz edilə bilən psixi sağlamlıq probleminə cavab verirlər. Xəyanət, müəyyən növ pozğunluğu olan bir insanın həyatın stresli vəziyyətləri ilə mübarizə yolu ola bilər. Adətən hisslərini idarə etməkdə çətinlik çəkən insanlara terapiya yolu ilə kömək edirlər”, deyə psixoterapevt bildirib”, deyə psixoloq bildirib.

Bir dəfə yalan danışan, əbədi yalançıya dönüşür. Sorğular göstərir ki, əvvəl yalan danışanlar heç vaxt yalan danışmayanlara nisbətən üç dəfə daha çox yalan danışırlar. Eyni zamanda, bir çox xəyanətkarlar xəyanətləri ifşa olunduqdan sonra məyus ola bilərlər. Ya yoldaşlarının kədərindən, ya da öz utanc hisslərindən bəziləri şoka düşürlər. Bu, onları yaxınlıq, xəyanət, sevgi və sözün əsl mənasında başqa biri olmaq “yenidən doğulmaq” barədə düşünməyə vadar edir. Onlar özlərinə, həyatlarına və həyat yoldaşlarına münasibətlərini tamamilə dəyişirlər. Çünki bilirlər ki, bir daha heç vaxt xəyanət etməyəcəklər. Bəzilərinin dəfələrlə yalan danışdığını qəbul etsək də, hamının yalan danışdığını iddia etmək tamamilə yanlışdır.

Duygusal xəyanət, adi xəyanət qədər ağrıya səbəb ola biləcək mürəkkəb və birmənalı olmayan bir fenomendir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay