Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report)
pia.az