Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BBC sosial şəbəkədə Fələstin tərəfdarı yazılarına görə 6 jurnalistə qarşı istintaq başladıb

Britaniyada sosial şəbəkələrdə İsraili tənqid edən məzmunun bəyənilməsi də araşdırma obyekti olub...

Poliqon “İndependent” nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın ictimai yayımı olan BBC, ərəb xidmətində çalışan 6 müxbirə qarşı İsrail əleyhinə mövqe tutduqları iddiası ilə istintaq başladıb.

İstintaqın jurnalistlərin sosial media fəaliyyətləri ilə əlaqəli olduğu, Fələstin tərəfdarı və İsraili tənqid edən məzmunun “bəyənməsi və yenidən paylaşılması”nın araşdırma mövzusu olduğu bildirilib.

Britaniya mediasında yayılan iddialara görə, araşdırılan yazılar arasında HƏMAS-ı “azadlıq döyüşçüləri” adlandıran və silahlı qrupun qəfil hücumlarını “ümid səhəri” kimi şərh edən yazılar var.

Mövzu ilə bağlı açıqlama verən BBC sözçüsü, "Biz bu məsələni sürətlə araşdırırıq. Redaksiya və sosial media təlimatlarımızın çox ciddi şəkildə pozulduğuna dair ittihamlar var. Bir pozuntu aşkar etsək, intizam tədbirləri də daxil olmaqla, tədbir görəcəyik”, deyə bildirib.

Ərəb xidmətinin əməkdaşları ilə bağlı araşdırma BBC-nin HƏMAS-ı “terrorçu” kimi təsvir etmədiyi üçün tənqid atəşinə tutulduğu bir vaxta təsadüf edir. BBC tərəfsizlik adı altında belə bir yanaşmaya əl atdığını bildirsə də, bəzi Britaniya qəzetləri qurumun bu münasibətini sərt ifadələrlə tənqid edib.

Məsələ ilə bağlı BBC direktoru Tim Davie-yə məktub yazan 7 keçmiş mədəniyyət naziri bu yanaşmanın əslində BBC-nin tərəfsizliyinə kölgə saldığını iddia edib.

BBC-nin Baş direktoru Deborah Turness mövzu ilə bağlı məktubunda qurumun heç bir qrup üçün “terrorçu” ifadəsini işlətməməsi qərarını müdafiə edərək, “bunun səbəbi terror anlayışının siyasiləşərək silah kimi istifadə edilməsidir”, deyə qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay