Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq: "Məhkəmə Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb"

"İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb".

Bu barədə Poliqon-a Azərbaycanın Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb: "Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar