Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokurordan beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı tapşırıq

Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Bu barədə APA-ya, zərərçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 2023-cü il, dekabrın 26-sında İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində baş prokuror Kamran Əliyevin qəbulunda olublar:

"Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun İstintaq İdarəsində davam etdiriləcək. Buna görə baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk".

Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar