Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələr arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb.

Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb.

Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar.

15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Ən çox oxunanalar