Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda II Uşaq Kitab Festivalı başlayıb

Bakıda II Uşaq Kitab Festivalı başlayıb.

"Report” xəbər verir ki, açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Festival Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, təqdimatlar, imza mərasimləri, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar nümayiş etdiriləcək.

Sərginin ilk günündə yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, qiraətçi Xəzər Süleymanlının nağıl saatı baş tutub.

Həmçinin Uşaqlar üçün Aytac Qəmbərovanın təqdimatında kukla teatrı, 3 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin "Vokal" dərnəyinin musiqili proqramı təqdim olunub.

Növbəti günlərdə Xalq artisti Mənsum İbrahimov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev, aktyor Kamal Yaşar kimi tanınmışların nağıl saatı keçiriləcək.

Bundan əlavə, Türkiyədən gələn qonaqlar- yazıçı Suat Turqut, həkim Özge Lokman kimi mütəxəssislərin panelləri baş tutacaq.

Festivalda tanınmış ədiblərlə yanaşı gənc yazarlara, debütantlara da diqqət ayrılıb, onların imza mərasimləri, təqdimatları keçirilib.

Qeyd edək ki, aprelin 11-nə kimi davam edəcək tədbir “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalın könüllü dəstəyini isə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi öz üzərinə götürüb.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay