Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb

Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir. Bu gün səhər saatlarından FIA prezidenti Mohammed Ben Sulayemin iştirakı ilə FIA Baş Assambleyası çərçivəsində iclaslar başlayıb...

Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər.

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Ümumilikdə, federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndələri, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edirlər.

FIA Baş Assambleyasının daxili iclasları dekabrın 8-dək davam edəcək. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Ən çox oxunanalar