Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda aksiz markası olmayan 700 qutudan çox siqaret aşkarlandı

Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Chevrolet Aveo" markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.

Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri, "Nizami" metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsi ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.

Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş "Esse Spesial Gold" yazılmış 400 qutu siqaret, üzərində "Captain black" yazılmış 269 qutu siqar, üzərində "Skandinavik 50g" yazılmış 10 qutu qəlyan tütünü, üzərində "Holland house" yazılmış 15 qutu qəlyan tütünü və üzərində "Milano-London" yazılmış 10 qutu siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Mariya Zaxarova: Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb

Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində iştirak edəcək

Ən çox oxunanalar