Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 23 nömrəli tam orta məktəbdə xəsarət alan şagirdin durumu açıqlandı

“Aprelin 1-də Bakıda 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında baş verən insident zamanı zərər çəkmiş yeniyetməyə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və agentlik tərəfindən izlənilir”.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-a verilən açıqlamada qeyd olunur.

Bildirilir ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda, şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar:

“Baş vermiş hadisə agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və Məktəblinin dostunun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır”.

Vurğulanıb ki, agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar