Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ilk addımı atdı: Laçın yolunda nə baş verdi?

Laçın yolunda nə baş verdi?...

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün "həyati əhəmiyyət" kəsb edən yolun qarşısını kəsdiyi yönündə kampaniya aparır: bununla göstərmək istəyirlər ki, "Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz", "separatçı-terrorçu rejim, eyni zamanda, onların müdafiə edən tərəflər olmasa, erməni əhali çətin vəziyyətdə qalacaq"...

Azərbaycanın ümumiyyətlə Laçın dəhlizini bağlamaq planı yoxdur: Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin; son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı.

PİA.az axar.az-a istinadən bildirir ki, bu gün Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir. Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda regionunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq. Bu o deməkdir ki:

Birincisi, Azərbaycan Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verir;

İkincisi, Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir.

Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq.

pia.az 


Etiket: Laçın yolu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay