Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahalaşmanı kimlər yaradır - pərakəndə ticarətçilər, yoxsa...

İqtisadçı ekspert: “Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur”

Yanvarın ortalarından etibarən ölkənin ticarət şəbəkələrində ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusilə taxıl və süd məhsullarının qiymətində 10-50 qəpik arasında bahalaşma baş verib. Bir sıra firmaların süd məhsulları, ümumiyyətlə, kəskin şəkildə azalıb.

Maraqlıdır ki, ölkədə süd istehsalının kəskin azalmasına dair hər hansı məlumat yoxdur. Eyni zamanda Azərbaycanın süd idxal etdiyi Avropa ölkələrində son 6 ayda süd və süd məhsullarının qiymətində xeyli ucuzlaşma müşahidə olunur. Bu şəraitdə əslində süd və süd məhsullarının bolluğu və ucuzlaşması daha gözləniləndir, nəinki indiki qıtlıq və bahalaşma.

Sosial şəbəkələrdə də müzakirə olunan bu proses əksər istifadəçilər tərəfindən ticarətçilərin vergi qanunvericiliyindəki dəyişikliyə, həmçinin vergidən yayınmaya qarşı aparılan mübarizəyə reaksiyası kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, pərakəndə ticarətçilərin xeyli hissəsi yanvardan etibarən sadələşdirilmiş vergi ödəyicisi ola bilmir. Onlar mənfəət vergisinin ödəyicilərinə çevriliblər. Bu isə onların əvvəlkindən daha yüksək həcmdə vergi ödəməsi deməkdir. Digər tərəfdən, vergi orqanlarının işində yaradılan şəffaflıq sahibkarların vergidən yayınmaq cəhdlərinin qarşısını alır. Bütün bunların nəticəsində ticarətçi sahibkarlar ödədikləri artıq vergini satdıqları malların üstünə əlavə edirlər.

Bəs yeni qaydalar ticarətçilərin vergi yükünü bu qədərmi çox artırıb ki, onlar satdıqları məhsulları bahalaşdırırlar?

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun “Yeni Müsavat”a dediyinə görə, əslində bahalaşma yalnız ərzaq məhsullarında deyil, tikinti materiallarında da qeydə alınır:

“Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur və sırf subyektiv amillərlə bağlıdır. Vergi yükünün artması barədə deyilənlər reallığı əks etdirmir. Əvvəl topdan və pərakəndə ticarət müəssisələri, ictimai-iaşə sadələşdirilmiş vergi ödəyiciləri ola bilirdilər. Onlar dövriyyələri 200 min manata qədər olduqda Bakıda 4 faiz, regionlarda 2 faiz, ondan yuxarı olduqda ticarətçilər 6 faiz, ictimai iaşə isə 8 faiz vergi ödəyirdilər. İndi topdansatış sadələşmiş vergi ödəyicisi ola bilmir. Ticarətçilər də 200 min manatdan yuxarı dövriyyə olduqda mənfəət vergisinin ödəyicisi olurlar. İndiyədək beləydi ki, ticarətçilər, elə ictimai-iaşə də dövriyyələrini dəfələrlə kiçildirdilər ki, az vergi ödəsinlər. Eyni zamanda əmək haqlarını rəsmiləşdirmir, yaxud aşağı məbləği rəsmiləşdirib də vergidən yayınırdılar. Vergilər Nazirliyi də dəfələrlə bununla bağlı açıqlama verib. İndi vergi qanunvericiliyi dəyişib, eyni zamanda vergi orqanları yayınmalara qarşı mübarizə aparırlar. Digər tərəfdən, əmək haqlarının rəsmiləşdirilməsi sahəsində də dəyişikliklər edilir. Bütün bunlara ticarətçilər qiymət artımı ilə cavab verirlər”.

Ekspert bildirir ki, pərakəndə ticarətçilər məsuliyyəti topdansatışın üzərinə yıxmağa çalışırlar:

“Bildirirlər ki, guya topdansatış mərkəzlərindən və istehsalçılardan malları elektron qaimə faktura ilə ala bilmirlər. Halbuki hazırda ölkədə topdansatış mərkəzlərinin hamısı elektron qaimə-fakturaya keçiblər. Sadəcə, pərakəndə ticarətçilərin xeyli hissəsi dövriyyəsini tam şəffaflaşdırmaqdan, elektron qaimə-faktura ilə işləməkdən yayınmağa çalışırlar. Yəni bu həlqədə qaydalara əməl etməyən tərəf pərakəndə ticarətçilərdir. Bunu sizə apardığımız dəqiq müşahidələr əsasında bildirirəm”.

Q.Toğrul hesab edir ki, ticarətçilər öz uçot sistemlərini vaxtında qaydalara uyğun qurmağa başlamalıdılar

“Onlara tövsiyəmiz odur ki, öz uçot sistemlərini qayda-qanunlara uyğun qurmağa başlasınlar. Əks halda, uçotun düzgün aparılmamasına görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur. Mövcud vergi yükü o qədər ağır deyil ki, risk edib uçotdan yayınmaya gedirlər. Normal qaydada vergilərini ödəyib, uçot sistemlərini şəffaflaşdırsınlar. Onların uçota aldıqları xərclərin hamısı vergi yükünü azaltmağa kömək edir. Bu baxımdan, xərclərini dəqiq və qaydalara uyğun uçotunu aparsınlar. Belə olarsa, heç qiymətləri qaldırmağa da ehtiyac qalmayacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar