Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2023” baş tutdu - Video

May ayının 7-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2023” baş tutdu

19500 idmansevər “Küləyə qalib gəl” şüarı altında həyata keçən, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan bu yarışa qatılıb. Həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafonçuları bir araya gətirən tədbirdə yarışçılar 21 kilometr məsafəni qət ediblər.

Azercell”in dəstəyi ilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.

Azercell” idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2017-ci ildən etibarən bu mötəbər tədbirə tərəfdaşlıq edir. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və “Azercell”in korporativ abunəçiləri qatılıblar.

Azercell Telekom” azərbaycanlı qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıb. Mobil operator finiş xəttini keçən ilk üç qadın və üç kişi atletə mobil telefon hədiyyə edib. Ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçıları da diqqət mərkəzində olublar. “Azercell” qalib tələbələrə (bir qadın və 1 kişi olmaqla) 010 prefiksli gözəl nömrə, 5GB İnternet, 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOl” tarif paketi və çanta təqdim edib. Digər marafonçulara da şirkət tərəfindən xüsusi hədiyyələr verilib. 

Poliqon.info 


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay