Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq edib...

Azercell” Müştəri Xidmətləri sahəsində beynəlxalq standarta uyğunluq üzrə sertifikasiya auditini uğurla başa vurub. Abunəçilərə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisi olaraq ölkənin aparıcı operatoru keyfiyyətin idarə olunması üzrə beynəlxalq ISO 10004:2018 sertifikatı ilə təltif olunub. Dəyərləndirmə “TÜV AUSTRİA TURK” audit və sertifikatlaşdırma prosedurlarına uyğun olaraq “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib. Sertifikat 3 il müddətinə təqdim olunub.

Qeyd edək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. ISO 10004:2018 isə Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi standartıdır.

Azercell” texnoloji həllər vasitəsilə “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq çoxçeşidli servis kanallarıyla, özünəxidmət tətbiqləri ilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyir.

Poliqon.info


Etiket: “Azercell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay