Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

Azyaşlılara işgəncə verməkdə təqsirləndirilən Tacikistandan olan missioner məhkəmənin qərarı ilə həbs edilib.

Poliqon.info lent.az-a istinadən bildirir ki, Sankt-Peterburq məhkəməsi Tacikistan Respublikasının vətəndaşı Şərofiddin Raxmatovu həbs edib. Həmin şəxs və onun şərik olduğu iddia edilən iki nəfər Türkiyə vətəndaşı Dinçer və Azərbaycan vətəndaşı Ağayev azyaşlı uşaqlara işgəncə verməkdə ittiham olunurlar. Məlumata görə, onlar qəsdən və sistemli şəkildə dörd azyaşlı şagirdə fiziki ağrı və ruhi əzab veriblər. Saxlanılan şəslər Sadovaya küçəsində yerləşən yaşayış binasında dini yönümlü "təlim" keçiblər. İş materiallarına görə, əcnəbilər şəxsi ədavət zəminində hərəkət edərək onlara əmanət edilmiş uşaqları mütəmadi olaraq təhqir edib döyüblər.

Mayın 24-də Rəhmatov saxlanılıb. Ertəsi gün o, vicdan azadlığı və dini birliklər haqqında qanunu pozduğunu etiraf edib. Müəyyən edilib ki, saxlanılan şəxs Dinçer və Ağayevlə birlikdə özünün də üzvü olduğu Rusiyada qeydiyyatı olmayan dini birliyə bəzi şəxsləri tanıtmaq məqsədilə "Cümə namazı" qılıb. Sonra məlum olub ki, missionerlər bir il Rusiya Federasiyasına gələrək təbliğat üçün Sankt-Peterburqda mənzil kirayələyiblər. Orada miqrantların dediyinə görə, dini öyrətdikləri uşaqlar yaşayır.

İttihama əsasən, "dini təlimçilər" inzibati xəta törətməkdə təqsirli bilinərək, 30.000 rubl (təxminən 636 manat) cərimə ediliblər və barələrində Rusiya Federasiyasından qovulma qərarı seçilib.

Lakin Rəhmatov iyulun 23-dək həbs edilib. Çünki məhkəmə onun deportasiyasının Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə başlanmış iş üzrə ibtidai istintaqın başa çatdırılmasının mümkünsüzlüyünə səbəb ola biləcəyini hesab edib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Ən çox oxunanalar