Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Qarsdakı Baş Konsulluğunda Xocalı Soyqırımının qurbanları anılıb

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda Xocalı Soyqırımının 31-ci ildönümünə dair anım mərasimi keçirilib...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, tədbirdə Baş Konsulluğun heyəti, Qarsın rəsmi nümayəndələri, Qars Qafqaz Universitetində çalışan Azərbaycanlı müəllimlər və tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbir Xocalı qurbanlarının, eləcə də 06 fevral tarixində Türkiyənin 10 vilayətində baş vermiş ağır zəlzələdə həyatlarını itirən qardaş ölkənin çoxsaylı vətəndaşları bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq, Qurani-Kərim ayələri oxunub.

Tədbirdə iştirakçılara Xocalı soyqırımını əks etdirən film də nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı qətliamının tarixindən geniş söz açaraq, həm Azərbaycanda, həm də Türkiyədə türklərə qarşı tarix boyu mənfur düşmənlər və onların tərəfdarları tərəfindən neçe belə soyqırımı hadisələri törədildiklərini, lakin bununla ümumiyyətlə türk dünyasının əzmini heç bir zaman qıra bilməyəcəklərini söyləmiş, bunun üçün ölkələrimizin başçıları tərəfindən atılan uzaqgörən və həlledici tədbirlərlə yanaşı, ümumiyyətlə bütün xalqın, əsasən də bu işdə gənclərin daha fəal olmalarının vacibliyini vurğulayıb.

Qars Qafqaz Universitetinin prorektoru, Pr. Dr. Selçuk Ural öz növbəsində Xocalı soyqırımının tarixindən və yaşananlarla yanaşı o zamanlar da qardaş Azərbaycanın acısını hiss etdiklərini söyləyərək, şəhidlərin əziz xatirəsini bir daha yad etmiş, bundan sonra da ölkələrimizin rifahı üçün birlik və bərabərlik nümayiş etdirilməsinin prioritet sahələrdən olduğunu bildirib.

Qars Qafqaz Universitetinin Sosial Bilimlər İnstitutunun müdiri, Dos. Dr. Yaşar Kopa da soyqırımın geniş tarixindən bəhs edərək, hadisənin törəmə faktları ilə tədbir iştirakçılarını yaxından tanış edib və gələcəkdə belə hadisələrin bir daha yaşanmaması üçün türk dünyasının, ələlxüsus də Türkiyə-Azərbaycan qardaşlığının davamlı, dayanıqlı və əbədi olmasını diqqətə çatdırıb.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay