Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın hotellərində orta qiymət Gürcüstan və İstanbulla müqayisədə aşağıdır

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com-da bir gecələmək üçün orta qiymət göstəricisi Gürcüstan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, yanvar, fevral, mart və aprel aylarında hotellərdə orta qiymət Azərbaycanda müvafiq olaraq 87,5 manat, 102,6 manat, 133,3 manat və 131,67 manat təşkil edib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 %, 29,3 %, 43,3 % artıb və 37,7 % azalıb.

Türkiyənin İstanbul şəhərində bütün ulduz təsnifatları üzrə hotellərdə orta qiymət yanvar ayında 159,5 manat (2,8 % azalıb), fevralda 130,6 manat (14,5 % artıb), martda 138,2 manat (15,7 % azalıb) və apreldə 180,8 manat (0,5 % artıb) təşkil edib.

Gürcüstanda müvafiq olaraq orta qiymət 159 manat (34,7 % artıb), 126 manat (21,5 % artıb), 111 manat (0,1 % azalıb) və 141 manat (9,2 % azalıb) olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay