Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın fərqlənən karateçilərinə pul mükafatları verilib

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandaların idmançı və məşqçilərini, həmçinin şəxsi məşqçiləri mükafatlandırıb.

AMKF-dan verilən məlumata görə, görüşdə cari ilin ən uğurlu illərdən biri olduğunu xatırladan federasiya prezidenti Yaşar Bəşirov bu mövsüm Dünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı, Dünya Kuboku, I MDB Oyunları, iki Avropa və bir dünya çempionatında, o cümlədən Dünya Şotokan Federasiyasının (WSF) dünya çempionatında böyük nəticələr əldə edildiyini bir daha diqqətə çatdırıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında qazanılmış 2 gümüş medalı isə federasiyanın tarixində ən böyük naliyət adlandırıb.

Y.Bəşirov olimpiada ilə yanaşı, 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olduğunu deyib. Bu nəticələr arasında para-karateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərin sayıınıın artdığını da diqqətə çatdıran Y.Bəşirov bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib.

Görüşdə iştirak edən federasiyanın İdarə heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu bildirib. Hər zaman üzərlərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını nəzərə çatdırıblar.

Görüşün sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay