Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın azad edəcəyi ermənilərin adları açıqlandı - Siyahı, Yenilənib

Azərbaycanın azad edəcəyi 32 erməninin adı açıqlanıb...

Poliqon Oxu.Az-a istinadən həmin siyahını təqdim edir:

13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslərin siyahısı:

1. Avakyan Hraç Arzumanoviç;

2. Serobyan Geqam Samveloviç;

3. Hovanesyan Haykaz Koryunoviç;

4. Tosunyan Levon Aşotoviç;

5. Baqdasaryan Artur Eduardoviç;

6. Stepanyan David Stepanoviç;

7. Herabyan Hrayr Hraçoviç;

8. Mikaelyan Andranik Vazgenoviç;

9. Avakyan Serop Surenoviç;

10. Kostanyan Narek Aqaoviç;

11. Harutyunyan Varazdat Seryojeviç;

12. Martoyan Manuk Hovanesoviç;

13. Vardanyan Arsen Araikoviç;

14. Dilanyan Arman Vazgenoviç;

15. Tadevosyan Hrayr Vardanoviç;

16. Bahrikyan Vahagan Edikoviç;

17. Aramyan Karen Armenoviç;

18. Sukiasyan Andranik Srapoviç;

19. Martirosyan Gevorg Samveloviç;

20. Kirakosyan Eduard Armeni;
21. Gevorkyan Robert Hovikoviç;

22. Yegiazaryan Sasun Seyranoviç;

23. Hakopyan Volodya Qaqikoviç;

24. Avakyan Tiqran Manikoviç;

25. Saqatelyan Qriqor Seyranoviç;

26. Avetisyan Vaqarşak Aşotoviç.

Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslərin siyahısı:

1. Rafaelyan Vladimir Otari;

2. Sarqsyan İşxan Aşoti;

3. Ovagimyan Arutyun Yurikoviç;

4. Kazaryan Karen Aşotoviç;

5. Voskanyan Qagik Aşoti;

6. Eulcekcian Viken Abraham.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

***

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Poliqon xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, AzərbaycanErmənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay