Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Türkiyə və Ukraynaya göndərilən humanitar yardımın məbləği açıqlanıb

Azərbaycan tərəfindan Ukraynaya göndərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə yardımın məbləği 57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) təşkil edib ki, bunun da yarıya qədəri ötən il göndərilib...

Poliqon xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin ilk günlərindən etibarən Azərbaycan qardaş dəstəyi nümayiş etdirərək dərhal axtarış və xilasetmə dəstələri, tibbi könüllülər, habelə müxtəlif humanitar yardımlar göndərib. Azərbaycan bölgəyə 940 nəfər xilasedici, tibbi heyət və könüllü dəstələri, habelə 5 min 300 tondan artıq humanitar yük göndərib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Eyni zamanda, AFAD və zəlzələ bölgəsində çalışan digər humanitar qurumların bank hesabına Azərbaycandan 45 milyon ABŞ dollarından artıq vəsait köçürülüb. 20 mart tarixində Brüsseldə keçirilmiş "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə Beynəlxalq Doronlar Konfransında Azərbaycan Respublikasının xarici işlər naziri iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Türkiyənin zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə yaşayış binalarının, təyinatlı obyektlərin və təhsil ocaqlarının tikintisi üçün Azərbaycan Respublikası tərəfindən 100 milyon ABŞ dolları məbləğində dəstəyin göstəriləcəyini elan edib. Bu çərçivədə bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikası tərəfindən 2023-cü ildə 60 milyon ABŞ dollarına yaxın (100 milyon manat) vəsait ayrılıb.

2023-cü il ərzində Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım göndərilməsi davam edib. Ümumilikdə, Azərbaycan tərəfindan Ukraynaya göndərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə yardımın məbləği 57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) təşkil edib ki, bunun da yarıya qədəri ötən il göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Ən çox oxunanalar