Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni kartof sortları yaradılır

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni, daha məhsuldar, xəstəliyə və zərərvericilərə davamlı kartof sortlarının yaradılması üzərində işləyir.

Bunu “Report”a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.

"Ötən il 4 yeni kartof sortuna patent almışıq. Bir neçə fermer onları öz əkin sahəsində sınaqdan keçirib və bəyənib. Bu il daha 5 sort qeydiyyata alınacaq. Bizim sortlar Avropa və digər ölkələrdən gətirilən sortlardan heç də geri qalmır. Yeni 5 sorta patent əldə edildikdən sonra onların ilkin toxumçuluğu sürətli şəkildə təşkil ediləcək və toxumçu fermerlərə təqdim olunacaq", - deyə o qeyd edib.

“Dünyada belə bir tendensiya var ki, torpağın keyfiyyəti aşağı olan yerlərdə də müasir suvarma sistemlərinin və gübrələmənin hesabına kartof yetişdirilir. Ancaq Azərbaycanda, xüsusilə də dağlıq və dağətəyi rayonlarda orqanik tələblərə cavab verən kartof yetişdirilir. Ona görə də həmin ərazilərdəki məhsula istehlakçıların daha çox tələbatı var. Bizdə insan səhhətinə ziyanı olmayan həddə gübrələrdən istifadə olunur”,- deyə E.Allahverdiyev əlavə edib.

Onun sözlərinə görə, hazırda ölkədə həm faraş, yəni tezyetişən, həm də gecyetişən (dağlıq ərazilərdə) kartof yetişdirilir: "Faraş toxumlar fevralın sonuna qədər əsasən CəlilabadMasallı rayonlarında, həmçinin ŞəmkirTovuz rayonlarının aran hissələrində əkilir, mayın sonlarına qədər yığılır. Azərbaycandan ixrac edilən kartof əsasən faraş kartofdur və fermerlərə yüksək gəlir gətirir. Gecyetişən toxumlar isə aprel-may aylarında əkilir, sentyabr-oktyabr aylarında yığılır. Son vaxlar ənənəvi kartofçuluq rayonları sayılmayan Qəbələ, İsmayıllı, Zaqatala kimi dağlıq və dağətəyi rayonlarda kartof əkinləri genişlənir. Qusar rayonunun da kartofçuluq potensialı böyükdür. Bura xüsusilə kartof toxumçuluğu üçün əlverişlidir. Dağlıq və dağətəyi ərazilərdə əkilən kartof dadına görə üstündür. Azərbaycanın kartofa olan illik tələbatı təxminən 1 milyon tondur. Ölkədə istehsalın illik həcmi isə 1,2 milyon tondur. Odur ki, Rusiyaya ixrac həyata keçirilir".

Poliqon.info 


Etiket: Kartof


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay