Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Nəsimi, YevlaxXaçmazda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə PİA.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğa daxil olan vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində YevlaxXaçmaz, habelə paytaxtın Nəsimi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla Nəsimi rayonunda “Şərq İnşaat” MTK-nın icrasinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-yə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan, Xaçmaz rayonunun ərazisində yerləşən Xaçmaz meşəbəyliyinin 1 və 6 saylı dolaylarında isə meşə fonduna daxil olan ağac və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib.

Müəyyən edilib ki, qanunsuz əməllər nəticəsində ümumilikdə 42 min manatdan çox məbləğdə ziyan dəyib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar