Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda istilik mövsümünün müddəti 1 ay artırıla bilər

Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin...

Azəristiliktəchizat” ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətinin artırılması ilə bağlı danışıqlar aparır.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

“Mövcud qaydalara görə, istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə qədər davam edir. Əlbəttə, burada havanın temperaturu əsas rol oynayır. Hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə araşdırmalar aparılır. Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin. Bununla bağlı bizə vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciətlər var. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin. İstənilən müraciəti diqqətdə saxlayırıq. Hökumət də tapşırıq verib ki, araşdırılsın və hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik", - deyə o qeyd edib.

"Mövsümün müddətinin dəyişdirilməsi heç də asan məsələ deyil. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən və əməkdaşdan söhbət gedir. Ona görə də bu, çox detallı araşdırma tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 30 ildə iqlimdə baş vermiş dəyişikliklər, temperatur rejimləri, soyuq, yağışlı, şaxtalı, küləkli günlərin sayı və başqa bu kimi zəruri məlumatları hazırlayır”,- deyə İ.Mirzəliyev əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay