Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?

Azərbaycanda ziyarətə getmək istəyənlərə qarşı dələduzluq edilib...

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı Təvəkkül adlı şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində Məşhəd, Kərbəla, həcc və ümrə ziyarətlərinə getmək istəyən ümumilikdə 67 nəfəri aldadıb.

Zərərçəkənlərdən 50-si qadın, 17-si kişidir. Təqsirləndirilən şəxs onların hər birindən ziyarət ediləcək yerə görə 1000 və 5000 manat aralığında pul alıb.

Beləcə, Təvəkkül onların ümumilikdə 158 min 318 manatını ələ keçirib.

Dələduzluq əməlləri 2023-cü il yanvarın 10-dan həmin il oktyabrın 22-dək davam edib.

Məlumata görə, Təvəkkül özü də aldatdığı şəxslərlə birgə əvvəllər bir neçə dəfə ziyarətlərdə olub. Beləcə aldatdığı adamların inamını qazanıb və Hacı Təvəkkül kimi tanınıb.

Hacı Təvəkkül Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Hacı Təvəkkül əvvəllər də dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Ən çox oxunanalar