Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 17 yaşda nikaha daxil olma hallarının ən çox qeydə alındığı rayonlar açıqlanıb - Siyahı

Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə nikahları rəsmi qeydə alınmış 17 yaşda bəy və gəlinlərin sayı açıqlanıb...

“Report”un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il üzrə şəxslərin bu yaşda rəsmi nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.

Belə ki, Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.

Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, ZərdabŞəki rayonlarının hər birində 6 nəfərin, eləcə də Goranboy, Göygöl, Ağstafa, SaatlıHacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.

Bundan əlavə, Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.

İsmayıllı, SiyəzənKəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları və Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb.

Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, NeftçalaBiləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub.

Məlumat üçün bildirək ki, bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.

Qeyd edək ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar