Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.

O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.

"Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər”, - B.Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir.

Azərbaycan yay, qış və müalicə turizmi infrastrukturunun inkişafına mühüm investisiyalar yatırıb. Bakı müasir və tarixi memarlığı ilə turistlərin diqqətini çəkir. Ölkənin şimalında, məsələn, Quba və Qusar şəhərlərində müasir qış turizmi mərkəzləri tikilib. Üç tarixi abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bunlar Şirvanşahlar Sarayı və Bakının mərkəzində köhnə İçərişəhərin ərazisində Qız Qalasıdır. 2019-cu ildə siyahıya həm də ən cəlbedici turistik yerlər sırasında olan Şəki şəhərinin tarixi mərkəzi də daxil edilib. O, tarixi İpək Yolunun üzərində yerləşir”, - B.Əsgərov əlavə edib.

Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.

Poliqon.info 


Etiket: Turist


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar

Ən çox oxunanalar