Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Yunanıstan XİN başçıları enerji təhlükəsizliyi və regional vəziyyəti müzakirə ediblər - Foto, Yenilənib

Xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, o cümlədən gələcək perspektivlər, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Yunanıstan nazirinə təbriklərini çatdırıb.

Ötən il Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi məmnunluqla vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin daha da inkişafına önəm verdikləri, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyi qeyd olunub.

Qarşılıqlı səfərlərin, müxtəlif platformalar çərçivəsində artan təmasların ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı və strateji tərəfdaşı olduğunu bir saha təsdiqləyərək Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini vurğulayıblar.

Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.

***

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay