Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan boksçusu ermənini məğlub edərək ikiqat Avropa çempionu olub

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib...

Poliqon xəbər verir ki, həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər 5 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Qeyd edək ki, 1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. (Report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Ən çox oxunanalar