Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Əliabbas Rzazadə finala yüksəldi - Yenilənib

Avropa çempionatı aprelin 23-də başa çatacaq...

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının sərbəst güləş yarışlarında yarımfinal mərhələsinə start verilib.

57 kq çəki dərəcəsindəki Əliabbas Rzazadə finala adlamaq uğrunda italiyalı Simone Piroddu ilə üz-üzə gəlib.

O, rəqibini 12:8 hesabı ilə məğlub edərək, finala adlayıb.

Qeyd edək ki, güləşçimiz sabah keçiriləcək həlledici görüşdə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələcək.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının ilk günü Azərbaycan sərbəst güləşçiləri üçün uğurlu alınıb.

Mübarizəyə başlayan beş idmançımızdan dördü yarımfinala yüksəlib.

57 kq çəki dərəcəsindəki sərbəst güləşçimiz Əliabbas Rzazadə 1/4 finalda almaniyalı Horst Lehrlə üz-üzə gəlib. Rəqibinin kürəyini yerə vuran Azərbaycan pəhləvanı təmiz qələbə ilə yarımfinala adlayıb.

97 kq-dakı təmsilçimiz Maqomedxan Maqomedov 1/4 finalda isveçrəli Samuel Şererlə münasibətlərinə aydınlıq gətirib. O, qarşılaşmanı tam üstünlüklə (11:0) vaxtından əvvəl qalib bitirib və yarımfinala yüksəlib.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov gürcüstanlı Vladimeri Qamkrelidzeni tam üstünlüklə (10:0) məğlub edərək, yarımfinala çıxıb.

65 kq-dakı Əli Rəhimzadə 1/4 finalda erməni Vazgen Tavanyanla üz-üzə gəlib. O, rəqibinə 1:4 hesabı ilə uduzub.

Xatırladaq ki, daha əvvəl Hacı Əliyev yarımfinala adlamışdı.

***

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

***

70 kq çəki dərəcəsində yarışan üçqat dünya və üçqat Avropa çempionumuz 1/4 finalda almaniyalı Kevin Kristofer Henkellə üz-üzə gəlib. O, 4:0 üstün olaraq yarımfinala adlayıb. H.Əliyev finala vəsiqə qazanmaq uğrunda moldovalı Vasile Diakonla qarşılaşacaq.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb. 5:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə ermənistanlı Vazgen Tavanyanla üz-üzə gələcək.

***
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycanın 97 kq-dakı təmsilçisi Maqomedxan Maqomedov 1/8 finalda Benjamin Honis (İtaliya) ilə qarşılaşıb. O, rəqibini tam üstünlüklə - 12:2 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi (UWW) ilə üz-üzə gəlib. Onun görüşü sonadək davam edib. Əmiraslanov rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb.

Xatırladaq ki, daha əvvəl Hacı Əliyev 1/4 finala vəsiqə qazanıb.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan Canluka Talamo ilə qarşılaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə (12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb

H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.

***

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.

İlk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Poliqon.info

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar