Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avromaydan” zamanı xüsusi qəddarlığı ilə fərqlənən polkovnik bu dəfə Moskvada iş başında

Ötən gün Moskvanın Bulvarnaya prospektində müxalifət tərəfdarlarının azad seçkilər tələbi ilə keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasının dağıdılması zamanı ukraynalı polkovnik gözə dəyib

Rusiya KİV-ləri xəbər verir ki, Moskvanın mərkəzində mitinqçiləri dağıdan “Rosqvardiya” döyüşçülərinin komandirləri arasında Ukraynanın xüsusi təyinatlı “Berkut” polis polkunun keçmiş komandir müavini Sergey Kusyuk da yer alıb.

Xəbər verildiyi kimi Moskva şəhər Dumasına seçkilərdə müxalifətçi namizədlərin qeydə alınmamasına etiraz olaraq keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri 600-dən çox etirazçını saxlayıb. Polis və “Rosqvardiya” etirazçılara qarşı xüsusi qəddarlıqla güc tətbiq edib, saxlanılanlar arasında jurnalistlər, müxalifət lideri Aleksey Navalnının Korrrupsiyaya qarşı Mübarizə Fondunun fəalları və digərləri, habelə təsadüfən yoldan keçənlər və aksiyaya heç bir aidiyyatı olmayanlar da var. Aksiyanın keçirildiyi ərazidə mobil rabitə bloklanıb.

Bildirilir ki, polkovnik Sergey Kusyuk mitinqi dağıdanlara rəhbərlik edənlərdən biri olub. Onun barəsində Ukraynada bir neçə cinayət işinin qaldırıldığı məlumdur. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Kusyuk Krıma qaçıb, daha sonra Moskva OMON-unda işə keçib və ilk dəfə 2017-ci ilin iyununda mitinqlərin dağıdılmasında iştirak edib.

Polkovnik Kusyuk 2011-2014-cü illərdə Kiyevdə keçirilən etirazlar zamanı məşhurlaşıb. 2012-ci ildə o, br qrup “Berkut” döyüşçüsü ilə birlikdə, mülki geyimdə Kiyevin “İppodrom” metro stansiyası qarşısında etiraz aksiyasının iştirakçılarına hücum edib, bir neçə nəfəri şil-küt edib, çənələrini, qol qabırğalarını sındırıb.

Kiyevdə 2013-cü ilin sonlarında başlayan və Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən “Avromaydan” hərəkatı zamanı Kusyuk “Berkut” polkunun komandir müavini kimi etirazçılarla döyüşüb, meydan hərəkatının qərargahının yerləşdiyi binaya hücuma başçılıq edib. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdə səfərdə olduğu bir vaxtda etirazçıların qərargahını dağıdıb.

Hakimiyyət dəyişikliyindən sonra onun barəsində Kiyevdə bir neçə cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar