Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astronomiyada inqilabi yenilik: Günəşin görünməyən hissəsini çəkdilər - Video

Avropa Kosmik Agentliyinin (AKA) 2020-ci ildən Günəşi müşahidə edən “Solar Orbiter” kosmik gəmisinin əsas kamerası “Extreme Ultraviolet Imager” şəkil rejimində dəyişiklik sayəsində ulduzun atmosferinin araşdırılmamış hissələrinə nəzər sala bilib...

Əvvəllər atmosferin bu hissəsini yaxşı öyrənmək, demək olar ki, mümkün deyildi.

Belə ki, “Extreme Ultraviolet Imager” kamerasının qapağına “baş barmaq” adlandırılan kiçik çıxıntı əlavə edilib. Sürtgü yarı açıq olduqda, bu “barmaq” günəş diskini əhatə edir və kameraya Günəş atmosferinin zəif işığını yüksək dəqiqliklə görməyə imkan verir. Bunun sayəsində Günəş tacında milyon dəfə daha zəif ultrabənövşəyi işığı görmək mümkün olub. Bu işıq sayəsində astronomlar Günəş atmosferi ilə ulduzun səthi arasındakı sərhəddə baş verən ən maraqlı hadisələri öyrənə bilərlər.

Müşahidələrin nəticələrini əks etdirən videoçarx hazırlamaq üçün alimlər “Solar Orbiter”in fotoları ilə NASA-nın “STEREO” aparatının çəkdiyi görüntüləri birləşdiriblər. Hər iki cihaz Günəşi eyni bucaq altında müşahidə edib, buna görə də alimlər Günəş atmosferində və onun səthində baş verən proseslərin ən yüksək təfərrüatını əldə edə biliblər.

AKA alimlərinin fikrincə, yaxın gələcəkdə kosmik gəmi Günəşin ən yaxın şəkillərini, həmçinin tarixdə ilk dəfə ulduzun qütb bölgələrinin görüntülərini çəkəcək. Mütəxəssislər ümid edirlər ki, bu, Günəşin maqnit sahəsinə hansı qüvvələrin nəzarət etdiyini anlamağa kömək edəcək.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay