Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asif Ağayev üçün Beyləqan mal bazarının müdiri niyə önəmlidir?

Beyləqanın abadlaşdırılması üçün bütün tenderləri niyə Qəhrəman Qəhrəmanov udur?..

Bu sual Beyləqan sahibkarların son zamanlar icra baçısı Asif Ağayevə ən çox ünvanlandırdıqları sualdır və sualın məntiqli bir cavabının olmaması Beyləqanda narazılıq yaradır.

Beyləqandan Pia.az daxil olan məlumata görə icra başçısı Asif Ağayev rayonun mərkəzində həyata keçirilən təmir tikinti işlərini mal bazarının müdiri Qəhrəman Qəhrəmanov adlı şəxsə tapşırıb. Prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırdı. İndi icra başçısı Asif Ağayev rayonun mərkəzi küçələrinin abalaşdırılması ilə məşğuldur. Rayon sakinləri Asif Ağayevin abadlıq, təmir işlərindən razı olsalar da bu işlərin Beyləqan mal bazarının müdiri Qəhrəman Qəhrəmanova verilməsi rayonda birmənalı qarşılanmır və digər iş adamlarının narazılığına səbəb olur. Çünki rayonda təmir işləri ilə məşğul olacaq xeyli sahibkar olduğu halda bütün işlərin Qəhrəman Qəhrəmanova verilməsini iş adamları ədalətsizlik kimi qəbul edirlər.

PİA.az-a daxil olan məlumata görə hazırda mal bazarının müdiri ilə icra baçısının münasibəti çox yaxşı səviyyədədir. Məhz buna görədə Asif Ağayevin iş adamı və qohumları ilə bağlı bəzi planlarının olduğu deyilir. Məlumatda iddia edilir ki, icra başçısı Qəhrəman Qəhrəmanova və onun qudasına yaxın vaxtlarda vəzifə verəcək. Belə ki, başçı Qəhrəman Qəhrəmanova İcra hakimiyyətində hazırda Məhəmməd Qələndərovdan boş qalan müavinlik postuna qudası gətirmək istəyir. Bu təyinata Qəhrəman Qəhərmanovun heç də yaxşı baxmadığı da vurğulanır. Çünki tender işləri ilə məşğul olan iş adamaının belə bir məsuliyyətli postu idarə etmək üçün zamanı olmadığı ortadaddır. Qəhrəman Qəhərmanov daha çox pul qazanmağa çalışdığından başçının onu müavin gətirmək istəyini qəbul etmir. Məlumata görə Qəhrəman Qəhrəmanov ona təklif edilən vəzifəyə qudası Bulud Aslanovun namizədliyini irəli sürüb. İş adamı qudasının müavin təyinatı üçün Asif Ağayevə vaz keçə bilməyəcəyi bir təklif irəli sürdüyü də gəzən söz-söhbətlər arasındadır.

PİA.az-a daxil olan digər məlumatda isə vurğulanır ki, Bulud Aslanov başçı müavini ilə bərabər rayon Maliyyə İdarəsinin müdiri və şəhər meri postlarınada talibdir. Asif Ağayevin məzuniyyətdən qayıtdıqdan sonra Qəhrəman Qəhrəmanovun qudasına vəzifə verəcəyinin artıq həll olunmuş hesab olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar