Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentinada yoxsulluq son 20 ilin ən yüksək səviyyəsinə çatıb

Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4%-ə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir...

Poliqon xəbər verir ki, Reuters Agentliyi bu barədə ölkənin aparıcı iqtisadi universitetlərindən biri olan Pontificia Universidad Católica Argentina (UCA) məlumatlarına istinadən yazır.

UCA-nın hesabatına görə, yeni seçilmiş prezident Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub. 2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49,5% olub, yanvarda isə rekord səviyyəyə - 57,4%-ə yüksəlib.

Hesabatda həmçinin qeyd olunur ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47,3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir. Mileyin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya 211,4% təşkil edib.

Ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün "aylarla ağrıya" dözməyin lazım olduğu barədə xəbərdarlıq edib.

Mileyin islahatları arasında pesonun 50% devalvasiyası, enerji və nəqliyyat üçün dövlət subsidiyalarının kəsilməsi və əmək qanunlarına edilən dəyişikliklər daxildir. Məsələn, işə qəbul üçün sınaq müddəti 8 aya qədər artırılıb, 12 saatlıq iş gününə icazə verilib, məzuniyyət və işdən çıxarılma ilə bağlı kompensasiyalar azaldılıb.

Həmkarlar ittifaqları Buenos-Ayres küçələrində etirazlara səbəb olan son tədbirdən hiddətlənib. Konqresin bəzi üzvləri prezidentin şok tədbirlərini konstitusiyaya zidd adlandırıb, müxalifət isə onların həyata keçirilməsinə qarşı çıxacaqlarına söz verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay