Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina-Nigeriya matçı Messiyə görə ləğv olundu

Hançjou İdman Komitəsi Argentina ilə Nigeriya arasında Çində keçiriləcək yoldaşlıq oyununun ləğv edildiyini açıqlayıb...

Poliqon lent.az-a istinadən bildirir ki, məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib.

Təşkilatçılar "məlum səbəblər" dedikdə, Honq-Konqda "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ilə münaqişə vəziyyətini nəzərdə tutublar. Orada 36 yaşlı hücumçu zədə səbəbindən matçda iştirak etməsə də, bir neçə gün sonra Yaponiyada oynaması azarkeşlərin qəzəbinə səbəb olub.

Argentina - Nigeriya matçı martın ikinci yarısında keçirilməli idi. Həmçinin Çin turu zamanı cənubi amerikalılar Fil Dişi Sahili komandası ilə görüşməyi planlaşdırırdılar. Hələlik bu oyun haqqında məlumat yoxdur.

Fevralın 4-də Honq-Konqun ulduz komandası yoldaşlıq görüşündə Mayami "İnter"inə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər. "İnter Mayami"nin sahibi Devid Bekhem də oyundan sonra fitə basılıb.

Poliqon.info 


 
 
 
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Ən çox oxunanalar